“Real”ın yeni hədəfi Van Daykı pulsuz transfer etmək istəyir

30.09.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Madrid “Real”ı müdafiə xəttini gücləndirmək üçün “Liverpul”un kapitanı Vircil van Daykı transfer etməyi nəzərdən keçirir.

Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid təmsilçisi 35 yaşlı niderlandlı mərkəz müdafiəçisinin “Liverpul”dakı müqavilə vəziyyətini yaxından izləyir. Van Daykın İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Hazırda ona yeni müqavilə təklif edilmədiyi bildirilir.

“Real” futbolçunu mövsümün sonunda azad agent statusu ilə almaq istəyir. “Kral klubu”nun müdafiəçinin “Liverpul”la mümkün müqavilə danışıqlarının nəticəsindən asılı olaraq konkret addım ata biləcəyi qeyd olunur.

Qeyd edək ki, Van Daykla “Milan”, “İnter Mayami”nin də maraqlandığı iddia edilir.

II Liqa: V tura yekun vurulub Canni İnfantino U-15 Dünya Çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olub - FOTOLAR “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı – VIII turun cədvəli "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью