“Real”ın yetirməsi A Seriyası klubunda RƏSMİ

11.07.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliyanın “Milan” klubu Mario Gilanın transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, 25 yaşlı ispaniyalı müdafiəçi ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.

O, yeni komandasında 34 nömrəli formanı geyinəcək.

Transferin məbləği 25 milyon avro və əlavə 5 milyon avro bonus olmaqla, ümumilikdə 30 milyon avro təşkil edir.

Qeyd edək ki, futbolçunun yetirməsi olduğu “Real” əvvəlki transfer müqaviləsində yer alan satışdan pay bəndinə əsasən bu məbləğin 50 faizini, yəni təxminən 15 milyon avro əldə edəcək.

Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı Romao Rusiya klubunda - RƏSMİ İbrahim Piriyev əməliyyat olunub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью