futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Xayme Sierranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
Sierra kluba keçidi haqda fikirlərini bölüşüb:
“Burada sizlərlə olduğum üçün xoşbəxtəm. Belə böyük bir klubda oynayacağım üçün çox məmnunam. Əminəm ki, möhtəşəm mövsüm keçirəcəyik”.
Son klubu Xorvatiyada “Varazdin” olan Xayme “Real”ın yetirməsidir. O, karyerası ərzində ölkəsində “Valensiya”, “Loqrones”, Belçikada “Deinze”də çıxış edib.