“Real”ın zədəliləri sıraya döndü

15.02.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Real”ın üç futbolçusu Çempionlar Liqasında “Mançester Siti” ilə matça qədər zədədən qayıdacaqlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun baş məşqçisi Karlo Ançelotti La Liqanın 24-cü turunda “Osasuna”ya qarşı matçdan öncə keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis müdafiəçiləri Antonio Rüdiger, Lukas Vaskes və David Alabanın növbəti həftə komanda ilə məşqlərə qoşulacaqlarını bildirib.

Qeyd edək ki, “Real”-“Mançester Siti” matçı yanvarın 20-si, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında ilk görüş Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Osasuna” - “Real” matçı isə sabah Bakı vaxtı ilə saat 19:15-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью