“Real”la matç öncəsi “Bavariya”da şok itki

11.04.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bavariya”da ciddi itki yaşanıb.

Apasport.az xəbər verir ki, Lennart Karl sıradan çıxıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 18 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Real Madrid”lə görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Karl “Bavariya”nın yetirməsidir. O, bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 5 qol və 4 assistlə yadda qalıb.

"Fənərbaxça", "Arsenal", "Neftçi"... - Günün oyunları bu kanallarda Malendən het-trik, "Roma"dan 3 xal - VİDEO İtaliya millisinin baş məşqçisi bəlli oldu İnfantino Ərdoğana dünya kubokunu verdi Şlotterbek daha 5 il “Borussiya”da
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью