Reallıq onu tələb edir ki, hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini …
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniyanın müdafiə xərcləri 2012-2022-ci illər arasında 14% artıb. Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, oktyabrda Böyük Britaniya Xəzinədarlığı gələn il hərbi ehtiyaclar üçün 56,9 milyard funt sterlinq (71,3 milyard dollar) ayrılmasını təsdiqləyib.
Qeyd edək ki, Britaniya sonuncu dəfə 1980-ci illərin ortalarında soyuq müharibə zamanında müdafiəyə bu qədər vəsait xərcləyib.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illər dünyada gedən proseslər onu göstərir ki, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün ordusuna və təhlükəsizlik qüvvələrinə ayrılan xərcləri artırsın, ordusunu yeni silahlar və son model raketlərlə təmin etsin.
Elşad Həsənov “Artıq dünyada gücün qalib gəldiyi, qanunların işləmədiyi bir dövrə gəlib çatmışıq.
Bu səbəbdən də dünyanın hər yerində böyük maştabda silahlanma gedir.
Təkcə mənfur qonşu Ermənistan son illərdə orduya ayırdığı vəsaiti 400 faiz artırıb. Kiçik bir Ermənistan bu qədər artırıb.
Tam oxu
Xəbəri oxu