Icma.az, Baku.ws saytına istinadən bildirir.
Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, aktrisanın səhhəti stabil olaraq qalır.
Bu barədə BAKU.WS-ə Fatma Mahmudovanın qızı bildirib.
"Hazırda reanimasiyadadır. Səhhəti stabildir. Ümid edirik həkimlər, tez zamanda bizə yaxşı xəbərini verərələr" -deyə o, qeyd edib.
Xatırladaq ki, ötən gün beyin insultu keçirən Xalq artisti təcili olaraq xəstəxanaya gətirilib və reanimasiyaya yerləşdirilib.
O daha əvvəl də eyni diaqnozla xəstəxanaya yerləşdirilib.