“Rəbbim, nə yaxşı ki, məni vaxtında xəstələndirdin”

03.02.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar artist Elxan Şirinov "Həmin Zaur" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi Zaur Kamalın "İllər əvvəl xəstələnməsəydiniz, indi hansı zirvədə olardınız" sualına belə cavab verib:

“Yeganə adamam ki, 2008-ci ildə Moskvada olanda dedim: ‘Ya Rəbbim, nə yaxşı ki, məni vaxtında xəstələndirdin’. Çünki xəstələndim, gözüm açıldı, ətrafa baxdım və hər şeyi gördüm. Dünyanın gözəlliyi indi mənim üçün tam başqadır. Mən indi çox gözəl bir yerdəyəm”.

Qeyd edək ki, sənətçi 2008-ci ildə beyin əməliyyatı keçirib. Əməliyyatdan sonra onun sağ əlində problem yaranıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью