Rebrov: “Onları təhlil edəndə gördüm ki…”

12.06.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Avro-2024-ün qrup mərhələsində bu gün Slovakiya ilə oyun haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Slovakiya güclü komandadır. Yaxşı klublarda oynayan futbolçuları var. Onları təhlil edəndə gördüm ki, çox intizamlıdırlar.

Avropa çempionatı yüksək səviyyədə keçir. Bəzi oyunçuların ilk turniri olduğu üçün həyəcanlıdırlar. Qələbə qazanmaq istəyirik, səhvləri minimuma endirmək və düzgün oynamaq istəyirik”.

Slovakiya – Ukrayna oyunu saat 17:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью