Rəcəb Fərəczadə minifutbolu futzala dəyişdi

21.07.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Ölkəmizi futzal üzrə Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan"ın məşqçilər korpusunda dəyişiklik olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin və Naxçıvan klubunun veteranı Rəcəb Fərəczadə rusiyalı baş məşqçi Yevgeni Kukseviçin köməkçisi olmağa razılıq verib.

Ancaq Fərəczadənin təyinatı bir qədər gec rəsmiləşəcək. Belə ki, hazırda minifutbol üzrə Azərbaycan minifutbol çempionatının bürünc mükafatçısı "Aznur"u çalışdıran 44 yaşlı mütəxəssis "Araz-Naxçıvan"a Avropa Kubokundan sonra qoşulacaq. 

Matçlar sentyabrın sonunda baş tutacaq.

Rəcəb həmçinin, Azərbaycanın minifutbol üzrə U-23 millisinin sabiq baş məşqçisidir.

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью