Rəcəb Tayyib Ərdoğan Fənərbaxça nı təbrik edib

20.06.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Fənərbaxça Beko"nun basketbol üzrə Türkiyə Superliqasının qalibi olması münasibətilə təbrik mesajı yayımlayıb.

Apasport.az xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında paylaşdığı mesajda çempion komandanı təbrik edib.

Ərdoğan "Fənərbaxça Beko"nun əldə etdiyi uğuru yüksək qiymətləndirərək, klub rəhbərliyinə, məşqçi heyətinə, basketbolçulara və azarkeşlərə təbriklərini çatdırıb.

Qeyd edək ki, "Fənərbaxça Beko" final seriyasının üçüncü oyununda "Beşiktaş"ı 77:75 hesabı ilə məğlub edərək seriyada hesabı 3:1-ə çatdırıb və ardıcıl üçüncü dəfə Türkiyə çempionu olub.

53 illik həsrət bitdi - “Nyu York Niks” çempion! “Nyu-York”dan dramatik geridönüş: 29 xaldan Seçməmiz dünya dördüncüsü olub - YENİLƏNİB Milli komandamız Almaniya qarşısında geridönüş etdi - YENİLƏNİB Millimiz Dünya Çempionatının 1/4 finalında
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью