Rəcəb Tayyib Ərdoğan Malayziyada səfərdədir

10.02.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Malayziya ilə əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıqlarını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Prezident Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurda səfərdədir. Malayziyanın Putracaya Beynəlxalq Konqres Mərkəzində Perak Sultanı Nəzrin Şah tərəfindən Ərdoğana beynəlxalq əlaqələr üzrə fəxri doktor diplomu təqdim edilib.

Daha sonra Türkiyə-Malayziya Strateji Əməkdaşlıq toplantısında Malayziya dövlət məmurları və universitet tələbələri qarşısında çıxış edən Prezident Ərdoğan deyib:

"Asiyanın hər iki tərəfində yerləşən Malayziya və Türkiyə dost, qardaş və tərəfdaşdır. Əlaqələrimizi 2022-ci ildə hərtərəfli strateji tərəfdaşlığa yüksəltmişik. Ölkələrimiz arasındakı əməkdaşlıq təhsil və insan münasibətləri üzərində qurulub. Bu gün Türkiyə 190-dan çox ölkədən olan tələbələrə ali təhsil almaq imkanı təklif edir."

Prezident Ərdoğan Malayziyanın ali təhsildə cazibə mərkəzinə çevrilməsinin səbəblərindən birinin Malaya Universiteti olduğunu qeyd edib.

"40 min tələbəsi ilə Malayziya akademik həyatda müstəsna rol oynayır. Universitetlərin cəmiyyətin inkişafında güclü rolu var. Onlar parlaq gələcəyin əsasını qoyurlar. İnanıram ki, Malayziya öz savadlı insan resursları ilə gələcəkdə yaxşı yerlərə çatacaq. Fəxri doktor ünvanına görə bütün universitet rəhbərliyinə təşəkkür edirəm",-deyə Türkiyə Prezidenti vurğulayıb.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Özbəkistanda magistral qaz kəmərində yanğın baş verib

Dünya

ABŞ-dan qayıdan Paşinyan bu ölkəyə getdi

Dünya

ABŞ-nin Qəzza ilə bağlı təkliflərinin müzakirə ediləcək heç bir tərəfi yoxdur - Ərdoğan

Dünya

İran Hörmüz boğazını bağlaya bilər

Dünya

Ona böyrəyini bağışlayan oğluna miras qoymadı

Dünya

Tramp fevralın 9-nu Amerika Körfəzi Günü elan edib

Dünya

Pentaqon həddini aşır, xalq narazıdır - UOLTS

Dünya

Olaf Şolts və Fridrix Merts teledebatda üz-üzə gəliblər

Dünya

Xersonda ardıcıl partlayışlar baş verdi

Dünya

Yaponiya baş naziri Trampa bunu hədiyyə etdi

Dünya

İsrail "Hizbullah"ın iki ölkəni birləşdirən tunelini məhv etdi

Dünya

ABŞ-də güclü partlayış olub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью