Rəcəb Tayyib Ərdoğan Superliqa çempionu olan “Qalatasaray” komandasını qəbul edib

29.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Superliqada 2024-2025-ci illər mövsümünün qalibi olan “Qalatasaray” komandasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüş Dolmabahçe sarayında gerçəkləşib.

Qəbulda klub prezidenti Dursun Özbek, baş məşqçi Okan Buruk və futbolçular iştirak ediblər.

Qeyd edək ki, “Qalatasaray” tarixində 25-ci dəfə Türkiyə çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью