Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionun əsas ölkəsinə çevrilib AZƏRTAC

14.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankara, 14 dekabr, AZƏRTAC

Türkiyə regionun əsas ölkəsinə – böhranlar və ziddiyyətlər zolağı ilə əhatə olunmuş “sabitlik adasına” çevrilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Ərzurum vilayətindəki nümayəndəliyinin şənbə günü keçirilən qurultayında bildirib.

Onun sözlərinə görə, ənənələri 2200 il əvvələ gedib çıxan Türkiyənin balanslı və ədalətli siyasəti rəsmi Ankaraya regiondakı prosesləri uğurla idarə etməyə imkan verir.

Ərdoğan Suriyadakı vəziyyətə diqqət çəkərək, qonşu ölkədə baş verən son hadisələrin Türkiyə hakimiyyətinin kursunun düzgünlüyünü təsdiq etdiyini vurğulayıb.

“Bizim Suriya xalqına münasibətimiz qardaş və qonşulara xas olan münasibətlərə uyğundur”, - deyən Türkiyə Prezidenti Suriyada hakimiyyət dəyişikliyini “xalq inqilabı” adlandırıb.

Prezident Türkiyənin Dəməşqdəki səfirliyinin bu gündən etibarən yenidən açılmasına diqqət çəkərək, Ankaranın “13 ildən sonra yenidən gələcəyə ümidlə baxan” Suriya xalqına dəstəyini davam etdirəcəyinə əminliyini bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью