Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar paylaşım etdi

26.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.

Oxu.Az-ın xəbərinə görə, Ərdoğan "X" hesabında etdiyi paylaşımda kədərini ifadə edib.

"Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.

Yaxşı və pis gündə iki qəlbdə bir can olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью