Red Bull 2026 mövsümünə fərqli yanaşma ilə başlayır

25.01.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Formula-1”də 2026 mövsümünün ilk mövsümlərarası testləri bazar ertəsi İspaniyanın Barselona-Kataloniya trasında start götürəcək.

İdman.Biz xəbər verir ki, “Pirelli”nin açıqladığı məlumata əsasən, “Red Bull” bu test üçün diqqətçəkən qərar verib. Komanda Barselonadakı ilk sınaqlar üçün 18 dəst C3 (Soft) təkər seçib. Bununla yanaşı, “qırmızı öküzlər” cəmi bir dəst C2 (Medium) təkərə üstünlük verib və ümumiyyətlə C1 (Hard) təkər sifariş etməyib.

Testlər ərəfəsində “Pirelli” bildirib ki, komandaların ixtiyarında C1 (Hard), C2 (Medium), C3 (Soft), “Intermediate” və “Wet” təkərləri olacaq. Hər komandanın fərqli test proqramı olduğu üçün təkər seçimlərində ciddi fərqlər müşahidə olunur.

Qeyd olunur ki, “Red Bull”un yeni RB22 bolidi Barselonada ilk dəfə trasa çıxacaq və komanda test öncəsi heç bir “shakedown” (testlərdən əvvəl keçirilən qısa, məhdud sınaq yürüşü) keçirməyib. Eyni strategiyanı “Maklaren” də tətbiq edib.

Digər komandaların seçimlərinə gəlincə, “Maklaren” dörd dəst C1, 10 dəst C2 və altı dəst C3 təkər seçib. “Mersedes” isə Barselonada ən çox sərt təkər götürən komanda olub - almanlar səkkiz dəst C1 sifariş edib. “Ferrari” isə C2 təkərlərinə üstünlük verərək 12 dəst orta sərtlikdə təkər seçib. Bununla belə, heç bir komanda “Soft” təkər sayında “Red Bull”u keçə bilməyib.

Testlər beş gün davam edəcək, lakin komandalar bu müddətdə maksimum üç gün trasa çıxa biləcəklər. “Maklaren” və “Ferrari”nin testlərin ilk günündə yürüş etməyəcəyi də açıqlanıb.

Xatırladaq ki, “Uilyams” məcburi qəza testlərindən keçə bilmədiyi üçün Barselonadakı testlərdə iştirak etməyəcək və komanda diqqətini 2026 bolidinin hazırlanmasına yönəldib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью