Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 26 sentyabr, AZƏRTAC
Çox xoşbəxtəm. Zədələnəndən bəri 6 uzun həftə keçmişdi. Qayıtmaq üçün doğru zaman idi. Bu həftəsonu addım-addım irəliləməli idim, çünki bura tez-tez səhvlər edə biləcəyin bir trasdır. İnamımı bərpa etmək üçün tələsmədim və bu taktika işə yaradı. Çempionatda ilk rəsmi podiumumu qazandığım üçün çox şadam.
AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisində üçüncü olan “Red Bull”un pilotu İsak Hacar deyib.
O, bütün yarış boyunca biləyində narahatlıq hiss etdiyini vurğulayıb: “Bir az keyimə hissi olsa da, ciddi deyil. Qarşıda sıx yarış qrafiki var, buna görə də növbəti yarışları səbirsizliklə gözləyirəm”.
Fotoqraflar - Tofiq Babayev, İlkin Cavanşirov