Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 9 iyul, AZƏRTAC
2005-ci ildən “Formula 1”də “Red Bull Racing” komandasının rəhbəri olan Kristian Horner istefaya göndərilib.
AZƏRTAC xəbər verir ki, bu postda onu Loran Meki əvəzləyib.
Meki bunadək “Red Bull”un baş icraçı direktoru vəzifəsində çalışıb.
Hazırda "Red Bull" mövsümün çempionat cədvəlində 172 xalla 4-cü yerdə qərarlaşıb. Komanda lider "MakLaren"dən 288 xal geri qalır.