Rədd cavabı alan “Flamenqo” Juninyo üçün növbəti təklifini göndərdi

10.01.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Braziliyanın “Flamenqo” klubunun “Qarabağ”ın futbolçusu Olavio Juninyonun transferi üçün “atlılar”a 4 milyon avro təklif etdiyini və rədd cavabı aldığını xəbər vermişdik.

Futbolpress.az xəbər verir ki, jurnalist Vene Kasaqrande bu mövzuyla bağlı yeni fikirlər səsləndirib. O, “Juninyo “Flamenqo” ilə müqavilə imzaladı?” – sualını belə cavablandırıb:

“Flamenqo”nun transfer edə biləcəyi Juninyodur. İlk təklifi “Flamenqo” etdi və “Qarabağ” rədd etdi. İlk təklif iqtisadi hüquqların 90%-i üçün 4 milyon avro idi. “Flamenqo” indi bu təkilifi yüksəltdi və 5 milyon avroluq yeni təklif göndərdi. İndi “Flamenqo”nun idarə heyəti cavab gözləyir, xüsusən ona görə ki, vaxt fərqi danışıqlara həqiqətən mane olur, çünki Azərbaycanla Braziliya arasında saat fərqi çoxdur. İndi sadəcə gözləmək lazımdır, hər an “Flamenqo” bu cavabı alacaq. Futbolçu artıq bir neçə dəfə “Qarabağ”ın idarə heyətinə “Flamenqo”dan eşitdiyi layihəyə görə “Sevilya”dan imtina edərək, “Flamenqo”nun təklifini qəbul etmək istədiyini bildirib”.

“Flamenqo”nun baş məşqçisi Felipe Luisə yaxın olan jurnalist, danışıqlar haqqında ətraflı məlumat verib:

“Sevilya”dan qəbul etdikləri təklif 100% üçün 4,5 milyon idi. “Flamenqo” isə 90% üçün 4 milyon təklif edir. Buna görə də burada kiçik fərq var. Bəs “Flamenqo” niyə bunu edir? Uşaqlar, bu danışıq strategiyasıdır, mənim kimisə tənqid etmək imkanım yoxdur. Bu, hətta pula, pul axınına görə də çox şey hesab edən bir strategiyadır. Deməli, danışıqlar davam edir, hər an cavabımız olacaq . Ancaq “Flamenqo”da Juninyonu imzalamaq və bu 28 yaşlı oyunçu ilə üç mövsüm, yəni 2025, 2026 və 2027-ci illər üçün etibarlı müqavilə imzalamaq üçün atmosfer çox yüksəkdir”.

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” və Qurban Qurbanov mükafatlandırıldı

10 Yanvar 2025, 10:48

Əsas xəbərlər, Ölkə futbolu İlk təklif rədd edildi – “Qarabağ” Juninyo üçün nə

10 Yanvar 2025, 10:11

Əsas xəbərlər, Ölkə futbolu Romao: “Braziliyada Juninyo kimi oyunçular çatışmır”

10 Yanvar 2025, 9:18

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”dan darmadağın

9 Yanvar 2025, 16:01

Əsas xəbərlər, Ölkə futbolu Juninyoya təklif olunan məbləğ məlum oldu

9 Yanvar 2025, 14:23

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Menecer: “Juninyonun “Flamenqo”ya marağı var”

9 Yanvar 2025, 13:16

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью