“Reddit”in sahibi olan milyarder xərçəngin qurbanı oldu

27.05.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı mediamaqnatı, "Reddit" sosial şəbəkəsinin sahibi Donald Nyuhaus vəfat edib.

Axşam.az xəbər verir ki, mediamaqnatı 96 yaşında xərçəngdən ABŞ-nin Nyu-Cersi ştatının Lambertvil şəhərindəki malikanəsində dünyasını dəyişib. 

Qeyd olunur ki, Nyuhaus “The New Yorker”, “Vanity Fair”, “Vogue”, “Wired” və digər dərgiləri birləşdirən “Conde Nast” nəşriyyatıın da daxil olduğu “Advance Publications” media korporasiyasının sahiblərindən biri olub. Bundan əlavə, şirkətin mülkiyyətinə “Discovery Channel” telekanalı və “Reddit” portalı da daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью