Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misir-Qəzza zolağı sərhədindəki “Rəfah” keçidi gələn həftə hər iki istiqamətə səyahət üçün açılacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Qəzza Milli İdarəetmə Komitəsinin rəhbəri Əli Şaat açıqlama verib.
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki,“Rəfah” keçidi gələn həftə açılacaq və hər iki istiqamətdə fəaliyyət göstərəcək.
O bildirib ki, Qəzza zolağının yenidən qurulması üçün hələ çox iş görülməlidir və “Rəfah” keçidinin açılması yalnız ilk addımdır.