Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 1-i Qəzza zolağı ilə Misir arasındakı “Rəfah” sərhəd-keçid məntəqəsi sınaq rejimində açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, onlarla Misir Qızıl Aypara təcili yardım maşını Qəzzadan xəstə və yaralıları anklavdan kənara daşımaq üçün keçid məntəqəsinə daxil olub.
İlkin hesablamalara görə, gündə təxminən 150 nəfərin Qəzzadan keçidinin və təxminən 50 nəfərin Qəzzaya qayıtmasının təmin edilməsi planlaşdırılır.
Xatırladaq ki, Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi üçün Rəfah keçid məntəqəsinin hər iki istiqamətdə açılması məcburi şərt hesab olunub. Keçid məntəqəsi təxminən bir ildir bağlı olub, bu gün ilk dəfə açılır.