Rəfah keçid məntəqəsi bu vaxt açılacaq İsrail

26.01.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Müdafiə Qüvvələrinin sonuncu girov, baş serjant Ran Qvilinin cəsədini geri almaq üçün başlatdığı hərbi əməliyyat başa çatdıqdan sonra Rəfah keçid məntəqəsi açılacaq.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“İsrail Trampın 20 maddəlik planı çərçivəsində Rəfah keçid məntəqəsini yalnız insanlar üçün, tam İsrail nəzarəti altında qismən açmaq barədə razılığa gəlib. Lakin bu, yalnız bütün diri girovlar geri qaytarıldıqdan və HƏMAS ölənlərin cəsədlərini tapmaq üçün 100% səy göstərdikdən sonra baş tutacaq”, - məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью