Rəfail Becanov: “Kərimlinin nüfuzunu, ona bəslənən etimadı onlar da bilir…” | Icma.az
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “COP29 demək olar ki, öz məqsədlərinə nail oldu.
İnkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun fəaliyyətə başlaması, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksək keyfiyyətli karbon bazarları ilə bağlı 10 ildən çox davam edən danışıqlar, maliyyə hədəfinin 300 milyard dollara çatdırılması kimi mühüm məsələlər uğurla nəticələndi.
Əvvəlcə “heç nəyə nail olunmadı” deyənlər indi də başqa manipulyasiyalar etməklə gündəmdə qalmağa çalışırlar.
COP29 ərəfəsində Azərbaycana qarşı təzyiqlərin tərkib hissəsi olaraq, dünyanın eyni mərkəzdən idarə olunan bir sıra media quruluşları Əli Kərimliyə xüsusi yer ayırdılar.
Əli Kərimli də bundan həyacanlanıb iddia edir ki, nəhayət, blokadanı yardı. Söhbət hansı və necə bir blokadadan gedir?
O blokada dediyini kim ona tətbiq etmişdi ki?” Bunu “Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının rəhbəri Rəfail Becanov deyib.
Onun sözlərinə görə, Əli Kərimli “internetimi kəsiblər” deyə-deyə hər gün müxtəlif sosial platformalarda çıxış edir: “Bəlkə “Bir qalanın sirri”indəki Göygöz Kosanın sehirli çubuğu ilə sosial platformalara çıxır, “YouTube” kanallarında müsahibələr verir?
Bizim bir gün internetimiz olmayanda, işimiz iflic olur, özümüzü ötən əsrin 80-ci illərindəki kimi hiss edirik.
Tam oxu
Xəbəri oxu