Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hadisələrin və araşdırmaların inkişafı göstərir ki, “Mehdiyev işi”nin detalları açıqlandıqca, həbslər də, istintaqa cəlb olunanların sayı və sırası artacaq.
Mövqeyindən asılı olmayaraq, çox adların şahidi olacağıq. Bu proses təkcə Medhiyevin ev dustaqlığı, yaxud Əli Kərimlinin həbsi ilə bitməyəcək. Abbas Abbasovun axtarışa verilməsi bir daha bunu təsdiqlədi”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzetinin rəhbəri Rəfail Becanov deyib. O bildirib ki, “Mehdiyev işi” sıradan bir hadisə deyil:
“Azərbaycan dövlətinin varlığına olan təhlükənin miqyası çox əhatəli olub. “Milyarderlər İttifaqı”nın transformasiyası ilə Rusiya tərəfindən Milli Şuranın yaradılması və indiyə qədər fəaliyyət göstərməsi də planın gerçək, bitməyən təfərrüatının bir hissəsini aşkara çıxarır.
Prezident Administrasiyasının sabiq rəhbəri səviyyəsində vəzifədə olarkən və kənarlaşdırldıqdan sonra koordinasiyası ilə fəaliyyət sıradan bir hadisə ola bilməz. Bu məsələdə Milli Şura və AXCP rəhbərliyinin adının tez-tez hallandırılması və ictimai rezonansı bu təşkilatların rəhbərlərinin iddia etdiyi kimi qarayaxma kampaniyası yox, hadisələrin böyük əhatəli missionerizmi deməkdir.
Cəmiyyətin müxtəlif təbəqələrindən onlara qarşı etirazın qarayaxma kampaniyası adlandırılması isə istintaqa təsir cəhdidir. Cəmil Həsənli bu məsələdə öncüllük etmək istəyir. Cəmil Həsənlinin oyunun bir parçasına çevrilməsi şübhəsizdir.
Çünki Cəmil Həsənli hamıdan yaxşı bilir ki, Milli Şura yarandığı ilk gündən bu fikirlər təkzibolunmaz arqumentlərlə möhkəmlənir. Sadəcə, Rüstəm İbrahimbəyov və ya Cəmil Həsənlinin bu missionerizmdə önə çıxarılması daxili elektoratın səfərbər edilməsi məqsədi daşıyırdı.
Abbas Abbasovla bunu edə bilməyəcəklərini anlayan texnoloqlar taktiki dəyişiklik etdilər. “5-ci kolon”un rəhbəri Ramiz Mehdiyev isə bu güclərin vahid mərkəzdən idarə edilməsinin koordinasiyasını təmin edirdi”.
“Cebheinfo.az”
Açar sözlər: Ramiz Mehdiyev Əli Kərimli Abbas Abbasov Rəfail Becanov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin