Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
28 yanvar 2025-ci il tarixində Təhsilin İnkişafı Fondu və “Referans Medical Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Modern.az xəbər verir ki, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Referans Medical Group”un direktoru Elgiz Dadaşov imzalayıblar.
İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək Fond tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib.
Elnur Nəsibov vurğulayıb ki, TələbəPlus layihəsi bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.
Sədr bu təşəbbüsün tələbələrin sağlamlıqla bağlı ehtiyaclarını qarşılamaq üçün yeni imkanlar yaratdığını və onların həyat keyfiyyətinin artırılmasına dəstək olduğunu bildirib.
Qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsində tələbələr təkcə təhsil deyil, həm də sağlamlıq baxımından mühüm imkanlar əldə edirlər.
“Referans Medical Group”un direktoru Elgiz Dadaşov şirkətin tələbələrin rifahına töhfə vermək üçün daim yeni təşəbbüslər həyata keçirdiyini diqqətə çatdırıb.