Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir sıra media resurslarda son zamanlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar tirajlanır.
Axar.az xəbər verir ki, bu barədə hökumətdəki mənbə Trend-ə açıqlamasında deyib.
"Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik, referendumun keçirilməsi müzakirəsi yoxdur.
Bununla bağlı yayılan məlumatlar yalandır, əsassızdır və məsuliyyəsizdir”, - mənbə bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.