Referilərimiz “Turkish Open”ə təyinat alıblar

08.02.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın taekvondo üzrə beynəlxalq dərəcəli hakimləri Türkiyənin Antalya şəhərində keçiriləcək “Turkish Open”ə ədaləti qoruyacaqlar.

Apasport.az xəbər verir ki, referilərimiz Aygül Abdullayeva və Ramal Camalov parataekvondoçuların mübarizəsində iş başında olacaqlar.

Onlar, həmçinin kyorugi (döyüş) və pumsedə funksiyalarını yerinə yetirəcəklər.

Gündüz Abdullayev parataekvondo və kyorugi, Etibar İbrahimov isə pumse üzrə yarışlarda ədaləti qoruyacaqlar.

Qeyd edək ki, turnir fevralın 8-16-da keçiriləcək.

Taekvondo millimiz Bakıda təlim-məşq toplanışına başlayıb Taekvondo üzrə millimizin baş məşqçisi açıqlanıb İmaməddin Xəlilov ən yaxşı seçildi Qaşım Maqomedov feyr-pley mükafatının sahibi olub Qaşım Maqomedovun dünya reytinqində mövqeyi dəyişməyib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью