Region cüdoçuları Qoridə hazırlıq keçir İdman və Biz

03.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müxtəlif regionlardan olan 18 yaşadək cüdoçularımız Gürcüstanın Qori şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edirlər.

İdman.biz xəbər verir ki, Azərbaycan komandasının heyətində 26 cüdoçu yer alıb.

Hazırlıq prosesinə Goranboy, İsmayıllı, Qəbələ, Naxçıvan, Qusar, Zaqatala, Mingəçevir, Şirvan, Qobustan, Gəncə və Siyəzəndən olan idmançılar iştirak edirlər. Təlim-məşq toplanışı Gürcüstan və Qazaxıstanın yeniyetmə cüdoçuları ilə birgə təşkil olunub.

Toplanışın əsas məqsədi gələn il 18 yaşadək cüdoçular arasında keçiriləcək ölkə birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətinin artırılmasıdır.

Qeyd edək ki, noyabrın 25-də start götürən hazırlıq dekabrln 5-də başa çatacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью