Region cüdoçuları üçün təlim

13.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb. 9 gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən ümumilikdə 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub. Toplanışın əsas məqsədi cüdoçuların qarşıdakı Azərbaycan çempionatına hazırlıq səviyyəsinin yüksəldilməsi və texniki-taktiki bacarıqlarının təkmilləşdirilməsidir.

Məşqlərə Azərbaycan Cüdo Federasiyasının peşəkar məşqçiləri rəhbərlik edirlər. Proqrama texniki çalışmalar, fiziki hazırlıq və fərdi bacarıqların inkişafına yönəlmiş məşqlər daxildir.

İdmançıların beynəlxalq təcrübəsinin artırılması məqsədilə bu ilin iyulunda Gürcüstanın Qori şəhərində də region cüdoçularının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilib.

Qeyd edək ki, hazırkı hazırlıq prosesi region idmançıları üçün Bakıda təşkil olunan 2-ci təlim-məşq toplanışıdır.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью