Region klubu stadionunda yenilənmə işləri aparır VİDEO

02.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Balakən” futbol klubunun təşəbbüsü və dəstəyi ilə Balakən Olimpiya İdman Kompleksinin stadionunda aparılan təmir və yenilənmə işləri yekunlaşmaq üzrədir.

İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi “Instagram” səhifəsində məlumat verilib.

Paylaşımda stadionda görülən işləri əks etdirən video da yayımlanıb.

Bildirilib ki, bütün işlər başa çatdıqdan sonra yenilənmiş stadionun görüntüləri ictimaiyyətə təqdim olunacaq.

Klubun əsas məqsədi Balakəndə futbolun inkişafına töhfə vermək, futbolçular və azarkeşlər üçün daha yaxşı şərait yaratmaqdır.

Qeyd edək ki, “Balakən” hazırda Azərbaycan futbolunun Region Liqasında çıxış edir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью