Region Kuboku: “Zəngəzur”un ilk sınağı

21.11.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan təmsilçisi “Zəngəzur” UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda I turda Polşanın “Dolnoşlyonski” kollektivi ilə qarşılaşacaq.

Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında keçiriləcək görüşə saat 13:00-da start veriləcək.

“Zəngəzur”la bir qrupda “İstanbul” və Rumıniyanın “The Carpathians” klubları da mübarizə aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью