Region Liqası: 1/8 finalın cütləri

22.04.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

1/8 finalın cütləri:

“Göyəzən” – “Biləsuvar”

“Record Club” – “Bərdə”

“Xudat City” – “Şirvan”

“Marafon” – “Dirçəliş”

“Çinar Zəngilan” – “Şirvan” OİK

“Xankəndi” – “Topçular”

“Ağstafa Gəncləri” – “Şirvanovka”

“Zəfər 44” – “Naftalan”

Qeyd edək ki, 1/8 final mərhələsi bir, 1/4 final və yarımfinal mərhələləri iki oyundan ibarət olacaq. 1/8 finalın matçları aprelin 26-27-də keçiriləcək. Bu raundda cütlərdə birinci göstərilən komandalar ev sahibləri olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью