Region Liqasında finala təyinatlar bilindi

21.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

AFFA Region Liqasında III yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar. Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

22 may

III yer uğrunda oyun

“Göyəzən” – “Ağstafa Gəncləri”

Qəbələ şəhər stadionu. Saat 14:00

Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

Final

“Şirvan” – “Xankəndi”

Qəbələ şəhər stadionu. Saat 17:00

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Rəhim Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью