Region Liqasının finalı Qəbələdə olacaq

15.05.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.

İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.

Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью