futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
AFFA Region Liqasının qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Marafon” və “Zəngəzur” komandaları üz-üzə gəlib. Şamaxı şəhər stadionunda baş tutan matç “Zəngəzur”un qələbəsiylə başa çatıb – 2:1.
“Zəngəzur” yeni mövsümdə II Liqada mübarizə aparacaq. “Marafon” isə pley-off oynayacaq.