Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Rusiyanın paytaxtı Moskvada və Türkiyənin şərq regionlarına soyuq hava kütlələri daxil olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə hər iki ölkənin Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Xüsusilə Moskvada kəskin soyuqlar müşahidə olunacaq. Bildirilir ki, fevralın 2-nə keçən gecə bölgədə havanın temperaturu mənfi 26–30 dərəcə selsiyədək enə bilər.
Bölgədə güclü qar yağması ehtimalı var.
Türkiyənin Ədirnə, Ərzincan, Ərzurum, Muş, Bitlis, Ağrı, Van, Hakkari, Ərdahan, Qars və İqdırda güclü qar gözlənilir.
Bakıda və Abşeron yarımadasında isə bu gün hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Bununla belə, regiona gələn soyuq hava kütlələrinin Azərbaycana da təsirsiz ötüşməyəcəyi bildirilir.
Tahir Turan
Globalinfo.az