Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə ölkə çempionatının 1-ci liqasının 8-ci turunda “Qəbələ” “Karvan”ı səfərdə məğlub etdi.
Azarkeş dəstəyi öz yerində. Amma oyunu izləyənlərin hamısı ot örtüyündən narazı qaldı. Hətta “qırmızı-qaralar”ın idman direktoru Səbuhi Səfiyarlı qəzetimizə son açıqlamasında belə meydanda futbol oynamağın mümkünsüzlüyünü söyləmişdi. Görəsən, niyə meydança bu vəziyyətdədi? Bu sualı “Karvan”ın mətbuat katibi Bəhruz Musayevə ünvanladıq:
“Vəziyyət yaxşı deyil. Qazonun durumu ilə bağlı qış fasiləsində müəyyən dəyişikliklər olacaq. Rəhbərlik tərəfindən bununla bağlı addımlar atlıacaq. Regiona yağan güclü yağış qazonu bu vəziyyətə saldı”.
ƏSƏD SEYİDOV