Regional BOKT 1 milyon manatlıq istiqraz buraxır

12.06.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" (BFB) QSC-də 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.

Bakıvaxtı.az bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 16%-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью