Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. “Azərbaycan və Çin arasında 2024-cü ildə Astanada imzalanan strateji əməkdaşlıq bəya
Bu tərəfdaşlıq “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın mühüm tranzit ölkə kimi rolunu daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Çin səfəri və Pekinin regionda Bakı ilə əməkdaşlığa üstünlük verməsi bu münasibətlərin davamlı inkişafını təmin edir”.Bunu siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.O əlavə edib ki, bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyəti də artır:“Bu layihə, həm Çin, həm də digər Asiya-Avropa tranzit iştirakçıları üçün yeni imkanlar yaradır.
Paralel olaraq, İranın regionda yaşadığı problemlər və beynəlxalq sanksiyalar, Tehranı Şimal-Cənub dəhlizində Azərbaycandan keçən marşrutlara üstünlük verməyə vadar edir.
Avropa İttifaqı və ABŞ ilə münasibətlərdə də müsbət dinamika müşahidə olunur.
Qərb, xüsusilə enerji təhlükəsizliyi və iqtisadi sabitlik baxımından Azərbaycanla əməkdaşlığa böyük önəm verir.
ABŞ-ın regionda geosiyasi maraqları Azərbaycanın rolunu daha da önə çıxarır.
Ümumilikdə, Qarabağ münaqişəsinin həllindən sonra yaranan yeni reallıq Azərbaycanın xarici siyasətində çevik və müstəqil yanaşmalar formalaşdırmasına imkan verir.