Regional İdarə rəisi vəzifədən azad olunub

29.01.2026

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub.

Mia.az Qaynarinfo-ya istinadla xəbr verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Əliyeva-İskəndərova Elnarə Rüfət qızı təyin edilib.

Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Səfərov Rauf Gündüz oğlu olub. Elnarə Əliyeva-İskəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью