Regional Kollecdə yeni təyinatlar Foto

25.04.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq Əmrinə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib.

X. Xudiyeva bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi.

Tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Aslan Quliyev təyin olunub. O, bunadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью