Regional Təhsil İdarəsində yeni təyinat

18.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mil-Muğan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Əsədov Ceyhun Mürsəl oğlu Mil-Muğan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Ceyhun Əsədov 2016-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Coğrafiya müəllimliyi ixtisası üzrə bitirib. O, yeni təyinata qədər Saatlı rayonu Qara Nuru kənd Rasim Səfərov adına tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью