Regional Təhsil İdarəsinin əməkdaşları işdən çıxarılıb? Rəsmi CAVAB

14.01.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə Qarabağ Regional Təhsil İdarəsinin bir qrup əməkdaşının işdən çıxarıldığı barədə iddialar yayılıb.

Qarabağ Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, Regional təhsil idarələrinin strukturunda müvafiq dəyişiklik edilib.

İdarədə metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.

Qeyd olunub ki, metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib:

"Ümumilikdə 61 əməkdaşın 52-nin işlə təminatı artıq həyata keçirilib, digər əməkdaşlarla bağlı müvafiq proses icra edilir", - məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью