Regionda gərginlik niyə yenidən artır?

09.06.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

İranla İsrail arasında gərginliyin yenidən yüksəlməsi Yaxın Şərqdə təhlükəsizlik məsələlərini yenidən gündəmin əsas mövzularından birinə çevirib. Son günlər tərəflər arasında baş verən qarşılıqlı hücumlar və sərt bəyanatlar regionda vəziyyətin daha həssas mərhələyə keçdiyini göstərir. Müşahidəçilər hesab edirlər ki, hazırkı proseslər artıq lokal xarakterli qarşıdurmalar çərçivəsini aşaraq daha genişmiqyaslı eskalasiya risklərini gündəmə gətirir. Bu vəziyyət isə həm regional güclərin, həm də beynəlxalq aktorların diqqətini yenidən Yaxın Şərqə yönəldib.
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, qüvvələr balansda deyil və tərəflər bərabər imkanlara sahib deyil:
"Lakin hər bir tərəf özünün spesifik üstünlüklərindən istifadə edərək rəqibi tədricən zəiflətməyə çalışır. Bu “tükətmə” konsepsiyası İranın yanaşmasında müəyyən qədər uğurla işləyir. Hazırda görünən odur ki, İran da eyni strategiyanı İsrailə qarşı tətbiq etməyə meyllənir.
Eyni zamanda İsrailin və ABŞ-nin mövqeləri də müəyyən məqamlarda üst-üstə düşür. İsraildə mümkün hökumət dəyişikliyi və seçkilər bu proseslərin sürətlənməsinə təsir göstərə bilər. Bu isə xüsusilə Tramp faktorunun regional dinamikanın kənarına sıxışdırılması ehtimalını gücləndirir.
Bu səbəbdən yaxın dövrdə qısamüddətli, lakin nəticə doğuran toqquşmaların artması ehtimalı müşahidə olunur. Mövcud gedişat göstərir ki, regionda gərginliyin yeni mərhələyə keçidi artıq daha real görünür",- deyə o qeyd edib. 
Siyasi şərhçinin fikrincə, Yaxın Şərqdə baş verən son hadisələr qarşıdakı aylarda regionun təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə bilər. Bu baxımdan beynəlxalq vasitəçilik təşəbbüslərinin, diplomatik təmasların və siyasi dialoqun intensivləşdirilməsi mümkün eskalasiya risklərinin azaldılması üçün mühüm əhəmiyyət daşıyır.
Əfsanə Kamal 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью