Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada şiddətli şaxtalar və qəfil hava dəyişiklikləri barədə xəbərdarlıq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand danışıb.
O bildirib ki, yaxın günlərdə paytaxtda dəhşətli şaxtaların olacağı və qar yağacağı gözlənilir:
“Ümumiyyətlə, ən aşağı temperatur Moskva vilayətinin cənub-şərqində qeydə alınıb və burada Ural dağlarından gələn soyuq hava kütləsinin təsiri güclü şəkildə hiss olunur. Çerustidə temperatur -30°C-yə çatıb, Moskvanın özündə isə gecə minimum temperaturu -18-20°C, gündüz minimum temperaturu isə -15°C ətrafında qeydə alınıb. Bu göstəricilər iqlim normasından 12-13°C aşağıdır”.
Hidrometeorologiya Mərkəzinin məlumatına görə, yanvarın 27-si gecəsindən başlayaraq qar yağması, yağıntının gündə təxminən 10 mm-ə çatması mümkündür.
Əliyar Xəlil
Globalinfo.az