Regionda müharibə anonsu: hazırlıq başladı 3 ölkəyə işarə

23.11.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“İsrail Qəzza, Livan və İranla regional münaqişənin yeni mərhələsinə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.

Hesabata görə, Qəzza və Livanda atəşkəsin tez-tez pozulması və İranın raket proqramını yenidən aktivləşdirməsi İsraili regional münaqişənin yeni mərhələsinə hazırlaşmağa vadar edir.

Qeyd edək ki, İsrail ordusu noyabrın 22-də Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəfə alıb və Livanın Bekaa vadisində “Hizbullah”a aid mövqelərə hava zərbələri endirib.

Təl-Əviv şimal cəbhəsində hücumların gücləndirilməsini Livan hökuməti və ordusunun atəşkəsə nəzarət edə bilməməsi, “Hizbullah”ı cilovlaya bilməməsi ilə izah edir.

Safura Bənnayeva
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью