Regionda yeni gömrük sazişi: Ermənistan İranla razılığa gəldi

24.10.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənistan və İran gömrük keçidlərini sadələşdirən yeni saziş üzərində danışıqlar aparır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri Eduard Akopyan “Armenpress”in mətbuat mərkəzində çıxışı zamanı məlumat verib.

“Ermənistan və İran arasında sadələşdirilmiş gömrük dəhlizi üzrə sazişin bağlanması üçün danışıqlar aparılır və bu, yaxın vaxtlarda başa çatacaq”, – Akopyan deyib.

Rəsmi İrəvan bu addımı regionda ticarət dövriyyəsini artırmaq və logistikanı sadələşdirmək istiqamətində mühüm mərhələ kimi qiymətləndirir.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью