Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Regiondakı dost ölkələrin ABŞ prezidentinin danışıqlar təklifinə cavab vermək xahişini nəzərə alaraq, dövlət katibinə tapşırıq verdim ki, milli maraqlar çərçivəsində, ləyaqət, müdriklik və məqsədəuyğunluq prinsiplərinə əsaslanan, təhdidlərdən və əsassız gözləntilərdən azad, uyğun bir mühitin yaradılması şərti ilə ədalətli və qərəzsiz danışıqların təmin olunmasını həyata keçirsin”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Qeyd edək ki, ötən gün İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün rəsmi göstəriş verdiyinə dair xəbərlər dərc olunmuşdu.
Safura Bənnayeva
Globalinfo.az