Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Rəsmi məlumata görə, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Onların 77,3%-i, yaxud təxminən 61,5 mini Bakının payına düşüb. Paytaxtdan kənarda isə təxminən 18 min yeni iş yeri yaradılıb".
“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu göstəricilər faciəvi rəqəmlərdir:
“İş yeri yaradılması məsələsində 2-ci yerdə Abşeron rayonudur - 6,6 %-i də burda yaranıb. Yəni yeni iş yerlərinin 84 %-i Bakı-Abşeronun payına düşür. Sonra da çıxıb deyirlər ki, "Regionların İnkişafı ilə bağlı 4 proqram qəbul edilib, son 25 ildə regionlara 120 mlrd. manat yatırım edilib".
Bəs hanı nəticə?! Hamımız da şikayət edirik ki, Bakıda sıxlıqdı, insanlar bu axışır, yazıq camaat nə etsin ki, pis-yaxşı yenə də iş-güc, sosial və mədəni həyat ancaq Bakı-Abşerondadır?! Bu gedişlə 10 ildən sonra ölkənin regionları tam boşalacaq, bu isə tək iqtisadi, sosial məsələ deyil, həm də təhlükəsizlik problemidir...”
Gülər
“Cebheinfo.az”
Açar sözlər: Bakıya axın Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin